Avropa Kubokunun ilk günündə 4 cüdoçumuz yarışacaq

Fevralın 16-da Romada cüdo üzrə açıq Avropa Kuboku start götürüb. SİA-nın məlumatına görə, qitə yarışının birinci günündə dörd cüdoçumuz tatami üzərinə çıxacaq. Altmış kiloqram çəki dərəcəsində Oruc Vəlizadə ilə Həmzət Zairbəyov (Rusiya), Rövşən Əliyev ilə Dieqo Reya qarşılaşacaqlar. Bundan başqa, Tərlan Kərimov (66 kq) Soufian Hamdoi (Mərakeş), İbrahim Əliyev isə Robert Həsənağayev (Ukrayna) ilə üz-üzə gələcək.

Qeyd edək ki, 50-dən çox ölkədən 300-dən artıq cüdoçunun mübarizə apardığı qitə kubokuna fevralın 17-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə