Dünya çempionu: “Bakıda rekord müəyyənləşdirmək istəyirəm” - AÇIQLAMA

“Bakıda rekord müəyyənləşdirmək istəyirəm. Finalda dünya rekorduna imza atmaq üçün yeni kombinasiya göstərməyə çalışacağam”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanan Rusiya tamblinqçisi, dünya çempionu Vadim Afanasyev deyib.

Təsnifat mərhələsində ən yaxşı göstəriciyə imza ataraq finala vəsiqə qazanan idmançı yarışlarla bağlı təəssüratlarını bölüşüb: “Bakıda Milli Gimnastika Arenasında təşkilatçılıq hər zamankı kimi yüksək səviyyədədir. Burada mötəbər yarışlar uğurla keçirilir. Bu Dünya Kuboku da peşəkarlıqla təşkil edilib”.

Qeyd edək ki, Azərbaycan tamblinqçisi Mixail Malkin də finala vəsiqə qazanıb. O, təsnifat mərhələsində 2-ci göstərici ilə finalda yarışmaq hüququ əldə edib.

Final mərhələsi isə fevralın 17-də saat 12:00-da başlayacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə