Mixail Malkin: “Azarkeşlərin dəstəyi daha yaxşı çıxış etməyimə kömək olur” - AÇIQLAMA

“Finalda nəticəmi daha da yaxşılaşdıracağam. Təsnifat mərhələsində isə bundan da yaxşı nəticə göstərə bilərdim”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanan Azərbaycan tamblinqçisi, Avropa çempionu Mixail Malkin deyib.

İdmançı qeyd edib ki, yerli azarkeşlərin dəstəyi onun daha da yaxşı çıxış etməsinə kömək olur: “İlk cəhddə bir qədər həyəcanlandım. Yarışın Azərbaycanda keçirilməsi məsuliyyətimi artırır. Yerli publikanın dəstəyi də kömək olur. Sabahkı finala hazırlaşacağam. Təsnifat mərhələsində birinci yerə çıxaraq finala vəsiqə qazanan rusiyalı gimnast Vadim Afanasyev (75,6 xal – red.) dünya çempionudur. Finalda Avropa çempionu ilə dünya çempionunun mübarizəsi olacaq".

Qeyd edək ki, M.Malkin təsnifat mərhələsində 74,9 xalla 2-ci olaraq finala yüksəlib

Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunda 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparır.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...