"Çelsi" İquainlə bağlı qərarını verib

"Çelsi" “Yuventus”dan icarəyə götürdüyü Qonsalo İquainlə bağlı qərar verib. Britaniya mətbuatının yazdığına görə, "zadəganlar" argentinalı hücumçunun oyununu bəyənib. London klubu 36 milyon avro ödəməklə, İquaini birdəfəlik almağa qərar verib.

Qeyd edək ki, ötən ay Turin klubundan “Çelsi”yə keçən 31 yaşlı forvard Premyer Liqada 3 oyuna 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə