“Everton”lu futbolçu top klubların hədəfində

İngiltərənin “Everton” klubunun ulduz futbolçusu Riçarlison top klubların hədəfinə düşüb. “AS” nəşrinin yazdığına görə, braziliyalı futbolçu ilə “Mançester Siti”, “Milan”, “Paris Sen-Jermen”, “Atletiko Madrid” və “Çelsi” klubları yaxından maraqlanır.

Qeyd edək ki, “Everton” cari mövsümün əvvəlində braziliyalını “Vatford” klubundan 40 milyon avroya alıb. Hücumçu cari mövsüm 25 matçda iştirak edib və 10 qolla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə