Ernesto Valverde 2020-ci ilə qədər "Barselona"da!

"Barselona" baş məşqçisi Ernesto Valverde ilə müqavilənin müddətini uzadıb. Klubun saytında yer alan məlumata görə, yeni sözləşməyə əsasən ispaniyalı mütəxəssis 2020-ci ilin yayına qədər komandanın sükanı arxasında olacaq. Bu müddət başa çatdıqdan sonra anlaşmanın müddəti daha bir il artırıla bilər. Qeyd edək ki, 2017-ci ilin yayında “Barselona”ya baş məşqçi təyin edilən Valverde ilə 2 illik müqavilə imzalanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə