Dünya çempionatında yarışacaq şahmat millimizin heyəti müəyyənləşib

Martın 5-də Astanada start götürəcək komandalararası dünya çempionatında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. SİA-nın məlumatına görə, Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, dünya çempionatında kapitan Cahangir Ağarəhimovun rəhbərliyi ilə Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov mübarizə aparacaqlar.

Qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FIDE Qran-prilərinə hazırlıqla əlaqədar yarışda iştirak etməyəcəklər.

Qeyd edək ki, çempionata ABŞ, Rusiya, Çin, İran, Misir, Polşa, Böyük Britaniya, Qazaxıstan və Hindistan komandaları da qatılacaq.

Doqquz turdan ibarət dünya çempionatına martın 14-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə