"Sabah" "Səbail" ilə oyuna ciddi itkilərlə çıxacaq

Topaz Premyer Liqanın 17-ci turunda "Səbail"lə qarşılaşacaq "Sabah" oyuna ciddi itkilərlə çıxacaq. SİA-nın məlumatına görə, debütant səfər matçında iki aparıcı futbolçunun xidmətindən yararlana bilməyəcək. Ötən tur "Qəbələ" ilə oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən komandanın bombardiri Marko Deviçlə yanaşı, elə həmin qarşılaşmada zədələnən Elşən Abdullayev də bazar günü keçiriləcək görüşü buraxacaq.

Qeyd edək ki, "Səbail" - "Sabah" oyunu saat 15:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə