“Real” bu futbolçu üçün 45 milyon avro təklif edir!

Almaniyanın “Ayntraxt” klubunun hücumçusu Luka Yoviç Madrid “Real”ının komandasının maraq dairəsinə düşüb. “Eurosport” xəbər verir ki, “kral” klubu “Ayntraxt”a ilk təklifini (45 milyon avro) göndərib. “Real” klubunun əzəli rəqibi “Barselona” da gənc hücumçunu heyətə qatmaq marağındadır.

Futbolçu cari mövsümün əvvəlində Portuqaliyanın “Benfika” klubundan “Ayntraxt”a icarə əsasında keçib. Bosniya və Herseqovinadan olan 21 yaşlı hücumçunun dəyəri 6-12 milyon avro arası qiymətləndirilir.

Cari mövsüm Yoviç Almaniya çempionatında 25 oyuna 14 qolla yadda qalıb. “Real Madrid” klubu ilə yanaşı, Yoviçlə “Barselona” və “Bavariya” da yaxından maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...