Dibala yayda "Real"a transfer oluna bilər

"Yuventus"un forvardı Paulo Dibala yayda klubunu dəyişə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçu Madrid "Real"ının formasını geyinməyə yaxındır. Argentinalı indiki klubunda oyun praktikası əldə etmədiyindən narazıdır. O, həm də turinlilərin çalışdırıcıçı Massimilano Alleqri ilə konflikt yaşayır. Ayrılığa əsas səbəb məhz budur. Dibalanın Madrid təmsilçisi ilə sövdələşməsi 2022-ci ildə başa çatır. 29 yaşlı forvard "Yuventus"la birlikdə 3 dəfə İtaliya çempionatını və kubokunu qazanıb. O, iki dəfə isə ölkə Superkubokunu başı üzərinə qaldırıb. Futbolçu cari mövsüm A Seriyasında 19 oyunda meydana çıxıb, 2 qol vurub, 4 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə