AFFA İK cərimə və cəzaları açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

9 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XVI turunun “Sabah” – “Qəbələ” matçının 25-ci dəqiqəsində “Sabah” klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 90+5-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat сərimə olunur (maddə 62).

9 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 5 , “Qarabağ” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).

10 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XVI turunun “Səbail” – “Zirə” matçının 81-ci dəqiqəsində “Səbail” klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

10 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XVI turunun “Neftçi” – “Keşlə” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

7 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Sumqayıt-2” – “Keşlə-2” matçında “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt” klubunun 90 №-li futbolçusu Elvin Nəsibov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).

“Sumqayıt-2” – “Keşlə-2” matçında meydana protokolda adı olmuyan futbolçu daxil olduğuna görə kluba texniki məğlubiyyət verilir, hesab 0:3 olduğu kimi saxlanılır (maddə 97).

7 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Sabah-2” – “Neftçi-2” matçında “Sabah-2” və “Neftçi-2” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40). 7 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Turan Tovuz” – “Qarabağ-2” matçında lazımi inventarlar olmadığına görə meydan sahibi klub 160 manat cərimə olunur (maddə 60).

“Turan Tovuz” klubu oyunun video yazısını təqdim etmədiyinə görə klub 80 manat cərimələnir(maddə 64.3).

8 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Şüvəlan” – “Səbail-2” matçında “Şüvəlan” və “Səbail-2” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 75-ci dəqiqəsində “Səbail-2” klubunun 90 №-li futbolçusu Xəlil Bəşirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

7 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Zirə-2” – “Ağsu” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

“Ağsu” klubu ucbatınnan matç 8 dəqiqə gec başladığı üçün klub 240 manat cərimə olunur (maddə 53.3).

8 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Kəpəz” – MOİK matçında meydana protokolda adı olmuyan futbolçu daxil olduğuna görə kluba texniki məğlubiyyət verilir, hesab 0:3 olduğu kimi saxlanılır (maddə 97).

8 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Qaradağ Lökbatan” – “Zaqatala” matçının 64-cü dəqiqəsində “Zaqatala” klubunun 7 №-li futbolçusu Elşad Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 70-cı dəqiqəsində “Zaqatala” klubunun 15 №-li futbolçusu Firuddin Mövsümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur(maddə 48).

Oyunun 26-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyevin texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat сərimə olunur (maddə 62).

8 fevral 2019-cu il, Region Liqasının, “Uğur” (Sumqayıt) – “Baku”FC matçının 45+3-cü dəqiqəsində “Uğur” klubunun 14 №-li futbolçusu Kənan Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

Oyunun fasiləsi zamanı “Uğur” klubunun məşqçisi Tural Salmanzadə hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).

10 fevral 2019-cu il, Region Liqasının, “Şirvanovka” – “Şahdağ” matçının 90+1-ci dəqiqəsində “Şirvanovka” klubunun 14 №-li futbolçusu Faik Ağarəhimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

7 fevral 2019-cu il, U-16 Liqasının, “Qarabağ” – ROİL matçının 36-cı dəqiqəsində ROİL klubunun 3 №-li futbolçusu Səyyad Xantamirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

9 fevral 2019-cu il, U-15 Liqasının, “Keşlə” – “Neftçi” İK İB matçının 38-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 16 №-li futbolçusu Amin Məmmədovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

9 fevral 2019-cu il, U-10 Liqasının, “Avey”(Ağstafa) – “Qədirli” (Tovuz) matçında “Qədirli” klubunu heyətində lisenziyası olmuyan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Bütün xəbərlər Facebook səhifəmizdə