"Fənərbaxça" - "Zenit" oyununu fransız hakim idarə edəcək

Avropa Liqasının 1/16 finalında keçiriləcək "Fənərbaxça" - "Zenit" oyunu üçün hakim təyinatları açıqlanıb. UEFA-nın saytında yer alan məlumata görə, matçı Fransa Futbol Federasiyasından Ruddu Buquet idarə edəcək. Ona Qulyelma Debart və Julien Pakelli köməklik edəcək. Dördüncü hakim funksiyasını Kuril Muqnier yerinə yetirəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Zenit" görüşü bu gün Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə