“Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib. Klubun rəsmi saytında yer alan məlumata görə, fransalı yarımmüdafiəçi Şafik Tiqrudca ilə mövsümün sonunadək müqavilə bağlanıb.

İyirmi yeddi yaşlı oyunçu son olaraq Albaniyanın “Kukesi” klubunda çıxış edib. Tiqrudca bundan başqa, Kiprin “Alki”, Fransanın “Le Pontent”, “Nor”, “Les Herbis” klublarında oynayıb. O, “Zirə”də 48 nömrəli forma ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...