“Qarabağ-2” - “Zirə-2” matçının tarixi dəyişdirilib

“Qarabağ-2” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Əsas heyətin 6 üzvünün 19 yaşadək millinin heyətdə təlim-məşq toplanışında olduğunu əsas gətirən klub “Zirə-2” ilə XV turda keçiriləcək matçın təxirə salınmasını xahiş edib. SİA-nın məlumatına görə, “Zirə” klubunun razılıq və AFFA-dan daxil olan təsdiq məktubunu nəzərə alan PFL aşağıdakı qərarı qəbul edib:

I Divizionun XV turunun 14 fevral 2019-cu il tarixində keçirilməli olan “Qarabağ-2” - “Zirə-2” matçı ehtiyat gün olan 4 mart 2019-cu il tarixinə keçirilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə