"Çelsi"nin baş məşqçisi: "Bacarmadıq"

Xəbər verdiyimiz kimi, "Mançester Siti" "Çelsi"ni darmadağın edib - 6:0. SİA-nın məlumatına görə, "Çelsi"nin baş məşqçisi Mauriçio Sarri komandasının məğlubiyyətindən danışıb: "Bu həftə kefim kök idi. Hər şey korlandı. Matçın üçüncü dəqiqəsində qol buraxdıq və özümüzə gəlmədik. Matça təzyiqlə başlamaq istəyirdik. İlk dəqiqələrdə buraxdığımız qol planlarımızı pozdu. Rəqibə kifayət qədər boş zona yaratdıq. Problem yetərincə oldu. Baş verənləri izah edə bilmirəm. Halım yoxdur. "Mançester Siti" ilə oyunda səhv etmək olmaz. Oyuna köklənməyimiz lazım idi. Bacarmadıq. Səfər oyunlarında problemlərdən qaça bilmirik. Mövsümün əvvəllərində isə evdə çətinlik çəkirdik. Bunun səbəbini tapmaq lazımdır. Özüm tək oturub matçın videotəkrarına baxmalıyam. Bundan sonra nə baş verdiyini biləcəyəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə