Premyer Liqanın 16-cı turunu neçə azarkeş stadiondan izləyib?

Azərbaycan Premyer Liqasının 16-cı turunda qeydə alınan azarkeş sayı bəlli olub. SİA-nın məlumatına görə, turun ilk görüşü "Əlincə Arena"da "Sabah" və "Qəbələ" arasında baş tutub. Qonaqların 1:0 hesablı qələbəsini stadionda 600 nəfər izləyib.

"Kapital Bank Arena"da baş tutan "Sumqayıt" - "Qarabağ" matçında (0:2) 1500, "Bakcell Arena"da reallaşan "Neftçi" - "Keşlə" qarşılaşmasında (2:0) isə 1000 azarkeş qeydə alınıb.

Turun son oyunu "Bayıl Arena"da "Səbail" və "Zirə" arasında baş tutub. "Qartallar"ın 2:0 hesablı qələbəsini triubnalardan 300 nəfər izləyib.

Beləliklə, 16-cı turda 3400 azarkeş qeydə alınıb. Bu da hər oyuna 850 fanat deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə