"Mançester Siti" "Çelsi"ni darmadağın edib

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilib. SİA-nın məlumatına görə, "Mançester Siti" evdə "Çelsi"yə 6:0 hesabı ilə qalib gəlib.

Premyer Liqada turnir cədvəlinə bir oyun çox keçirən "Mançester Siti" başçılıq edir (65 xal). "Liverpul" 65 xalla 2-ci, "Tottenhem" 60 xalla 3-cü, "Mançester Yunayted" 51 xalla 4-cüdür. "Arsenal"la "Çelsi" 50 xalla 5-6-cı yerləri bölüşürlər.

"Mançester Siti" - "Çelsi" 6:0

Qollar: Rahim Sterlinq, 13, 80, Serxio Aquero, 13, 19, 56 (pen.), İlkay Gündoğan, 25

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...