"Konyaspor"un futbolçusu rəqib qapıçının əlini dişləyib - FOTOLAR

Türkiyə Super Liqasının XXI turunda "Konyaspor" "Yeni Malatyaspor"u qəbul edib. SİA-nın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 74-cü dəqiqədə qonaqlardan Daniel Aleksiç açıb. 85-ci dəqiqədə isə meydan sahiblərindən Adis Yahoviç bərabərliyi təmin edib.

Qoldan sonra topu götürmək üçünü qapıya qaçan Yahoviç gözləmədiyi reaksiya ilə üzləşib. Belə ki, "Yeni Malatyaspor"un qapıçısı Fabien Farnolle topu qucaqlayıb və makedoniyalı hücumçuya verməyib. Onun bu hərəkəti Yahoviçi özündən çıxarıb. Bu zaman oyunçular arasında gərginlik yaşanıb və Yahoviç beninli qapıçının əlini dişləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...