"Milan" "Kalyari"yə 3 cavabsız qol vurub

İtaliya A Seriyasında 23-cü tura yekun vurulub. SİA-nın məlumatına görə, turun son oyununda "Milan" doğma meydanda "Kalyari"ni qəbul edib. Rossonyerlər 3 xalı 3 cavabsız qolla qazanıblar. Bu nəticədən sonra xallarının sayını 39-a yüksəldən Milan şəhərinin eyniadlı təmsilçisi 4-cü pillədəki yerini qoruyub. 21 xalı olan "Kalyari" isə 15-ci sırada yer alıb.

Turnir cədvəlinin ilk pilləsində isə 63 xalla "Yuventus" qərarlaşıb. Turin klubunun ən yaxın izləyicisi "Napoli"nin 52 xalı var. İlk 3-lüyü 43 xalla "İnter" tamamlayır. "Roma" isə 38 xalla 5-ci yerdə gedir.

İtaliya A Seriyası, 23-cü tur

10 fevral
"Milan" - "Kalyari" 3:0
Qollar:
L. Çeppitelli, 13-avtoqol (1:0), L. Paketa, 22 (2:0), K. Pyontek, 62 (3:0)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...