Dünya kubokunun mərhələ yarışına yekun vurulub

Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə gənclər arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub. SİA-nın məlumatına görə, Azərbaycan Qılıncoynatma Federasiyasından bildirilib ki, turnirin son günündə qadın sablyaçılar mübarizə aparıb. Qrupda keçirdiyi 6 görüşdən 2-sini qalib başa vuran milli komandamızın üzvü Aysel Əhədova pley-off mərhələsinə vəsiqə qazanıb. Aysel 1/64 finalda Tunis idmançısı Xədicə Çemkiyə 15:11 hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Polşa təmsilçisi Zuzanna Kieslara eyni hesabla uduzub (11:15). Aysel Əhədova yekun sıralamada 63-cü pillədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə