"Kardif"in yeni transferini gətirən təyyarə ilə əlaqə kəsilib

İngiltərənin "Kardif" klubunun Fransa "Nant"ından transfer etdiyi Emiliano Salanın mindiyi təyyarə yoxa çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, komanda yoldaşları ilə vidalaşan argentinalı hücumçu Kardiffə getmək üçün təyyarəyə minib. Onun da içində olduğu təyyarə La Manş boğazı üzərində yoxa çıxıb.

Salanın da içində olduğu "The Piper Malibu" adlı özəl təyyarə ilə 20 saat əvvəl əlaqə itib. Fransa polisi futbolçunun təyyarəyə mindiyini təsdiqləyib. Axtarışlara Manş və Alderney adalarında başlanılıb. Axtarış üçün 2 helikopter və gəmilər göndərilsə də, iz tapılmayıb.

"Kardiff Siti"nin prezidenti Mehmet Dalman bildirib ki, təyyarə ilə La Manş boğazında əlaqə kəsilib.

Qeyd edək ki. "Kardiff" Emiliano Salanı "Nant"dan 22,5 milyon avroya transfer edib. 28 yaşlı hücumçu yeni klubu ilə 3.5 illik müqavilə imzalamaq üçün yola çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə