Stadiona ildırım düşdü, 4 futbolçu öldü

Burundidə keçirilən futbol oyunu zamanı ölüm hadisəsi qeydə alınıb. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, “Kiremba” və “Maranqara” komandaları arasında keçirilən yoldaşlıq oyununda stadiona ildırım düşüb. İldırım çaxması zamanı 6 futbolçu xəsarət alıb. Futbolçulardan ikisi yerindəcə, ikisi isə xəstəxanada dünyasını dəyişib. İki futbolçunun vəziyyəti isə ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə