Çingiz Hüseynzadə AOK-un İcraiyyə Komitəsinin iclasında iştirak edəcək

24-25 yanvar 2019-cu il tarixlərində İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edəcək.

Həmçinin, tədbir çərçivəsində AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi adı çəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın iclasda iştirakı gözlənilir.

Tədbirdə “Bakı-2019” Avropa Gənclər Olimpiya Festivalı və “Minsk-2019” Avropa Oyunları gündəlikdə olan məsələlər sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə