Ronaldo məhkəmə qarşısına çıxıb - FOTOLAR

"Yuventus" və Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo vergidən yayınmada ittiham edildiyi üçün İspaniyada məhkəmə önünə çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ronaldo İspaniya vergi rəsmiləri ilə razılıq əldə edib. O ödəmədiyi 13 milyon funt-sterlinqin cəriməsini ödəməyə hazır olub. 23 aylıq həbs cəzası ilə üz-üzə qalan portuqaliyalı 16,6 milyon funt-sterliq ödəməyə razı olub. Onun həbs cəzası şərti olacaq.

Portuqaliyalı superulduz Madrid məhkəməsinə xanımı Corcina Rodriqeslə gəlib. Qara paltar və CR7 markalı eynəklə kameralara gülümsəyən 33 yaşlı futbolçu hər şeyin yaxşı olduğunu qeyd edib.

 Ronaldo and girlfriend Georgina Rodriguez leave the Madrid court

 The Juventus superstar appeared relaxed throughout Ronaldo wore his own CR7-branded sunglasses despite the overcast weather

Bütün xəbərlər Facebook səhifəmizdə