“Sky Sports” F1 yarışlarının mövsümqabağı testlərini canlı yayımlayacaq

Böyük Britaniyanın “Sky Sports” telekanalı Formula 1 yarışlarının yeni mövsümünün ilk test sessiyasını canlı yayımlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, telekanal fevralın 18-dən 21-dək Barselonadakı trasda keçiriləcək ilk sessiyanın hər dörd test gününün ikinci hissəsini nümayiş etdirəcək.

Bununla yanaşı, translyasiyalarda xüsusi qonaqların, komanda rəhbərlərinin, pilotların iştirakı da gözlənilir. Onlar baş verənlərə öz münasibətlərini tamaşaçılarla bölüşəcəklər. Bundan başqa, hər gün sessiya başa çatdıqdan sonra bir saatlıq icmallar efirdə gedəcək. Belə ki, “Sky Sports” Formula 1-ə dörd test günü üçün 20 saat efir vaxtı sərf edəcək.

İkinci testlərə aid planlar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə