“Tata Steel Masters-2019”da 9-cu tura start veriləcək

Bu gün “Tata Steel Masters-2019” turnirində 9-cu turun partiyalarına start veriləcək. SİA-nın məlumatına görə, növbəti partiyalarda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov Yan Kşiştov Duda, Teymur Məmmədov isə Vladimir Fedoseevlə mübarizə aparacaq.

Bundan əvvəlki turda Ş.Məmmədyarov hindistanlı Vişvanatan Ananda məğlub olub. Bu, şahmatçımızın Hollandiyada ikinci məğlubiyyəti idi. Təmsilçimiz altıncı turda dünya şahmat tacının sahibi Maqnus Karlsenə də uduzub. Ümumiyyətlə, Hollandiya turnirinin sonuncu üç turunda Şəhriyar cəmi 0,5 xal toplamağa nail olub.

Yarışda inamlı oyunu ilə seçilən Teymur Rəcəbov isə xallarının sayını 4,5-ə çatdırmaqla turnir cədvəlində xeyli irəliləyərək 6-cı pillədə qərarlaşıb. İlk beşlikdə isə Maqnus Karlsen, Vişvanatan Anand (hərəyə 5,5 xal), Yan Nepomnyaşi, Dinq Liren və Aniş Giri (hərəyə 5 xal) qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə