"Zirə"nin yeni transferi bu gün Azərbaycana gələcək

"Zirə"nin razılığa gəldiyi Malavi millisinin hücumçusu Robin Nqalande bu gün Azərbaycana gələcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu viza problemi səbəbindən "Zirə"nin Antalya toplanışına qatıla bilməyəcək. Bu səbəbdən də o, Cənubi Afrika Respublikasından Bakıya üz tutacaq.

Qeyd edək ki, Nqalande son olaraq CAR-ın "Baroko" klubunda çıxış edib və 6 ay klubsuz qalıb. Robin Madrid "Atletiko"susunun C komandasında, həmçinin, "Ayaks Kayp Taun" və "Platinium Stars"da da forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə