“Zirə” Macarıstan klubuna qarşı

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Zirə” bu gün növbəti yoxlama oyununu keçirəcək. SİA-nın məlumatına görə, Samir Abasovun komandası Macarıstanın yüksək liqasında çıxış edən “Paksi” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Zirə" ilk yoxlama oyununda Rumıniyanın “Voluntari” klubuna 1:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi sonuncu matçını yanvarın 26-da Rusiya “Tambov”una qarşı keçirəcək.

22 yanvar
Yoxlama görüşü

16:00.“Zirə” (Azərbaycan) – “Paksi” (Macarıstan)
Antalya.

Bütün xəbərlər Facebook səhifəmizdə