"Maçhester Yunayted" futbolçusu ilə müqaviləni uzadıb

"Maçhester Yunayted" futbolçusu Skott Maktomineylə yeni müqavilə imzalayıb. SİA-nın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılıb. Bundan başqa, anlaşmanı daha bir il uzatmaq imkanı olacaq.

Qeyd edək ki, Maktominey bu mövsüm Premyer Liqada 7 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə