“Fənərbağça” səfərdə xal itirdi

Futbol üzrə Türkiyə Superliqasında XVIII tura yekun vurulub. Turun son matçında turnir cədvəlində 17-ci sırada qərarlaşan İstanbulun “Fənərbağça” komandası səfərdə “Bursaspor”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb. İstanbul təmsilçisinin qolunu Roberto Soldado (20) vurub. Meydan sahiblərinin heyətində isə Aytac Kara (90) fərqlənib.

Bu heç-heçə ilə hesabındakı xallarının sayını 17-yə çatdıran Ərsun Yanalın yetirmələri 15-ci pilləyə yüksəliblər.

Digər bir görüşdə isə, “Kasımpaşa” öz meydanında “Rizespor”a 0:1 hesabı ilə məğlub olub. Türkiyə çempionatında 38 xalla “Başakşəhər” komandası hazırda vahid liderdir. Hesablarında 32 xalı olan “Qalatasaray” və “Yeni Malatyaspor” turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə