İngilis futbolçu karyerasını başa vurdu

Futbol üzrə İngiltərə millisinin sabiq futbolçusu Qlen Conson karyerasını başa vurub. Bu barədə 35 yaşlı müdafiəçinin özü “Talksport”a bildirib. O, ötən mövsümün sonunda vətənində “Stok Siti”dən ayrılandan bəri azad agent statusu daşıyırdı.

Qeyd edək ki, Qlen Conson karyerası ərzində İngiltərənin “Vest Hem”, “Milluoll”, “Çelsi”, “Portsmut” və “Liverpul” kimi klubların da formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə