Mauro İkardidən tələb: "Maaşımı artırın!"

İtaliyanın “İnter” futbol komandasının hücumçusu Mauro İkardi klub rəhbərliyindən məvacibinin artırılmasını tələb edib. 25 yaşlı hücumçu ilə 7,5 milyon avro maaş istəyir. Milan təmsilçisi argentinalı hücumçuya ilə 6 milyon avro maaş təklif etməyə hazırdır. İkardi isə əlavə gəlirlər istisna olmaqla, ildə 7,5 milyon avro qazanmaq niyyətindədir. Belə bir əmək haqqı ilə İkardi “Yuventus”un hücumçusu Kriştianu Ronaldudan sonra İtaliya çempionatında ikinci ən yüksək ödənişli futbolçu olacaq. Hücumçunun “İnter” klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.

Argentinalı futbolçu cari mövsümdə “İnter”in heyətində keçirdiyi 24 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə