Boatenq addım-addım “Barselona”ya doğru

İtaliyanın “Sassuolo” klubunun yarımmüdafiəçisi Kevin Prins-Boatenq yaxın günlərdə “Barselona”ya keçə bilər. Bunu İtaliyanın ən tanınmış transfer analitiki Janluka Di Marcio öz şəxsi “Twitter” hesabında bildirib.

“Barselona”nın rəhbərliyi Kevin Prins-Boatenqi 2 milyon avro müqabilində mövsümün sonunadək icarəyə götürmək istəyir. Həmçinin Janluka Di Marcio klublar arasında şifahi razılığın əldə olunduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə