"Neftçi" Yunanıstan klubunun hücumçusunu heyətinə qatacaq

"Neftçi" Yunanıstanın OFİ klubunun hücumçusu Vangelis Platellasın transferini bitirmək üzrədir. SİA-nın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər arasında razılıq əldə olunub. Razılığa əsasən, "Neftçi"nin 50 min avro təzminat ödəyəcəyi iddia olunur.

Bildirilir ki, V.Platellas ilə 1.5 illik müqavilə imzalanacaq. O, yeni klubunda ilinə 300 min avo qazanacaq.

Qeyd edək ki, V.Platellasın bu gün "Neftçi"nin düşərgəsinə gedəcəyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...