Qvardiola: “Mançester Siti" "Liverpul"un yerində olsaydı, əla olardı"

"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola çempionluq mübarizəsində "Liverpul"la rəqabətdən danışıb. SİA-nın məlumatına görə, çalışdırıcı bütün matçlarda qalib gəlməyin vacib olduğunu deyib: “Mançester Siti" "Liverpul"un yerində olsaydı, əla olardı. Bunu etmək üçün bütün oyunlarda qalib gəlməliyik. Başqa yol yoxdur. Dəfələrlə demişəm ki, mətbuat konfranslarında "Liverpul"dan danışa bilmərəm. Jurnalistlər hər dəfə mənə bu sualla müraciət edir. Məni öz oyunlarımız maraqlandırır. "Mançester Siti" bu mövsüm 100 qol vurub. Az deyil. Amma bəs etmir. Daha çox vurmaq lazımdır. Qarşıdakı matçlarda vurulan qollar sayəsində istəyimizə çata bilərik. Əminəm ki, xal fərqini aradan qaldırmaq mümkün olacaq”.

Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında 56 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Liverpul"dan 4 xal geri qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə