"Səbail" Ukrayna klubu ilə qarşılaşacaq

Antalyada təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti yoxlama oyunu keçirəcək. SİA-nın məlumatına görə, Bakı təmsilçisi üçüncü matçında "Desna" ilə qarşılaşacaq. Ukraynalılarla görüş Bakı vaxtı ilə 18:30-da başlayacaq.

Qeyd edək ki, "Səbail" bundan əvvəl “Aqvital”a (Macarıstan) qalib (3:2) gəlib, "Sürix"lə (İsveçrə) heç-heçə (1:1) edib. Aftandil Hacıyevin komandası son yoxlama oyununda yanvarın 24-də Qazaxıstan “Kaysar”ı ilə üz-üzə gələcək.

21 yanvar

18:30. "Səbail" - "Desna" (Ukrayna)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...