“Başakşəhər” səfərdən qələbə ilə dönür

Türkiyə Superliqasının XVIII turunda çempionatın lideri “Başakşəhər” komandası səfərdə turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan “Trabzonspor”la qarşılaşıb. Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qalibiyyət sayəsində baş məşqçi Abdulla Avcının yetirmələri xallarının sayını 38-ə yüksəldib və turnir cədvəlində ilk pillədəki yerini möhkəmləndirib. İstanbul komandası ən yaxın izləyicisi olan “Qalatasaray”dan altı xal irəlidədir. Bu qarşılaşmada “Başakşəhər” heyətində yeni transferi, braziliyalı ulduz hücumçu Robino ilk dəfə klubun formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə