Rojer Federer səkkizdəbir finalda mübarizəni dayandırıb

“Australian Open-2019” turnirinin hazırkı qalibi isveçrəli Rojer Federer səkkizdəbir final mərhələsində Yunanıstan təmsilçisi Stefanos Cıcıpasuyla qarşılaşıb. Gərgin keçən görüş 20 yaşlı yunanıstanlı Stefanos Cıcıpasunun qələbəsi ilə başa çatıb (6:7, 7:6, 7:5, 7:6). Qarşılaşma 3 saat 50 dəqiqə davam edib.

Peşəkar Tennis Assosiasiyası (ATP) reytinqində üçüncü pillədə qərarlaşan Rojer Federer “Böyük dəbilqə” seriyasından olan “Australian Open” turnirində 20-ci dəfə iştirak edib. O, bu turnirin altıqat qalibidir.

Stefanos Cıcıpasunun növbəti mərhələdəki rəqibi ispaniyalı Roberto Bautista-Aqus olacaq. O, səkkizdəbir final mərhələsində rusiyalı Karen Xaçanovu məğlub edib.

Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-ci ildəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...