Antalyada təlim-məşq toplanışını davam etdirən "Keşlə" ikinci yoxlama oyununa çıxıb. Tərlan Əhmədovun komandasının bu dəfəki rəqibi Serbiyanın Super Liqa təmsilçisi "Dinamo" (Vranye) olub. "Riu Kaya Belek" otelinin meydançasında keçiriləcək matç serblərin qələbəsi ilə başa çatıb - 2:0.

Qeyd edək ki, Antalyadakı ilk yoxlama oyununda Özbəkistanın U-23 komandası ilə qolsuz heç-heçəyə razılaşan “Keşlə” "Dinamo"dan sonra, yanvarın 23-də Rumıniyanın "Konkordiya" və 25-də Rusiyanın "Çertoanovo" klubları ilə qarılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə