"Neftçi" heyətinə yeni futbolçu cəlb edəcək?

"Neftçi" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır. Qol.az xəbər verir ki, paytaxt təmsilçisi Yunanıstanıın OFI klubunda çıxış edən Vanqelis Platellasın transferinə yaxındır. Yunanıstam mətbuatı "Neftçi"nin 30 yaşlı yarımmüdafiəçi üçün Superliqa təmsilçisinə rəsmi təklif göndərdiyi bildirilir. OFI-nın da futbolçunu satmaqda maraqlı olduğu qeyd olunub.

AEK, "Atromitos", "Aris" kimi klublarda çıxış etmiş yunanıstanlı futbolçu ötən ildən OFI-də oynayır. O, bu mövsüm Superliqada 15 oyuna 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə