Sinan Gümüşün "Krasnodar"a keçidi alınmadı

"Qalatasaray"ın yarımmüdafiəçisi Sinan Gümüşün Rusiyanın "Krasnodar" klubuna keçidi alınmayıb. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna İstanbul klubunun 25 yaşlı futbolçunu satmaqdan imtina etməsi səbəb olub. Premyer Liqa təmsilçisi Türkiyə millisinin üzvü üçün "sarı-qırmızılılar"a təklif göndərsə də, klub rəhbərliyi geri çevirib.

Qeyd edək ki, Gümüşün "Qalatasaray"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə