Benzema "Sevilya" ilə oyuna hazırdır

"Real"ın futbolçusu Kərim Benzema La Liqanın 20-ci turunda "Sevilya" ilə oyuna hazırdır. İspaniya mətbuatının yazdığına görə, bu barədə Madrid klubunun baş məşqçisi Santyaqo Solari məlumat verib. O, barmaından zədə alan fransalı hücumçunun əməliyyat olmayacağını deyib. 42 yaşlı mütəxəssis Benzemanın sabahkı matçda oynaya biləcəyini söyləyib. Qeyd edəkki, "Real" -"Sevilya" görüşü sabah Bakı vaxtı ilə 19:15-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə