Eşli Koul İngiltərəyə qayıdır?

“Los Anceles Qalaksi”dən ayrılan Eşli Koul karyerasını İngiltərədə davam etdirə bilər. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Çempionşip təmsilçisi “Derbi Kaunti” 38 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Frenk Lempardın rəhbərlik etdiyi “Derbi Kaunti”nin ingiltərəli futbolçu ilə ilkin razılıq əldə etdiyi bildirilir. Hazırda azad agent status daşıyan Koulun, “Çelsi”də bir vaxtlar birgə oynadığı Lempardla görüşdüyü və Çempionşip klubuna keçməyə müsbət yanaşdığı qeyd olunub.

Qeyd edək ki, Lempard və Koul 2006-2014-cü illər aralığında “Çelsi”də birgə çıxış edib..

Bütün xəbərlər Facebook səhifəmizdə