Açıqlandı: “Milan” Kşiştof Penteklə razılığa gəlib

İtaliyanın “Milan” klubunun skautları və “Cenoa” komandasının rəhbərliyi hücumçu Kşiştof Pentekin transferi üçün razılığa gəliblər. “Milan”ın rəsmi saytında yer alan məlumata görə, 23 yaşlı polşalı futbolçu da “Milan”a keçməyə və dördillik müqavilə imzalamağa razılıq verib. Kşiştof Pentek “Milan”da il ərzində 2,2 milyon avro qazanacaq. “Cenoa”da isə futbolçu 450 min avro məvacib alır.

Qeyd edək ki, 23 yaşlı forvard cari mövsümdə “Cenoa”nın heyətində 19 oyunda meydana çıxıb və 13 qolla yadda qalıb. İtaliya A Seriyasının bombardirlər cədvəlində polşalı yalnız “Yuventus”un əsas qol silahı sayılan Kriştianu Ronaldudan geri qalır (14 qol). Kşiştof Pentekin “Cenoa” ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə