“Mançester Yunayted” ciddi itki ilə üzləşib. “Sky Sports”un yaydığı xəbərə görə, komandanın aparıcı üzvü Maruan Fellaini zədələnib. Ayaq əzələsindən zədə alan 31 yaşlı yarımmüdafiəçinin 1 ay meydana çıxa bilməyəcəyi bildirilir. Qeyd edək ki, belçikalı futbolçu bu mövsüm “MY”-nin heyətində ümumilikdə 21 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə