“Barselona” Kral kubokundan kənarlaşdırıla bilər

“Barselona” İspaniya Kral kubokundan kənarlaşdırıla bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi 1/8 finalın “Levante” ilə ilk oyununda (1:2) reqlamenti pozub. Sarı vərəqə limitini dolduran Xuan Brandaris Movilyanın “Levante”yə qarşı oynaması komandanı kubokdan kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qoyub.

İspaniya Futbol Federasiyası da “Barselona”nın cəzalı futbolçunun xidmətindən istifadə etdiyini təsdiqləyib. Lakin klub bununla razılaşmır. “Barselona”dan federasiyaya bildirilib ki, məsələ ilə bağlı oyun başa çatdıqdan sonra 48 saat ərzində rəsmi şikayət ərizəsi olmalıdır.

Qeyd edək ki, ötən gün keçirilmiş cavab qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanan “Barselona” 1/4 finala vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə