“Ştutqart” “Qalatasaray”ın futbolçusunu transfer edib - FOTOLAR

“Qalatasaray”ın futbolçusu Ozan Kabakın “Ştutqart”a transferi rəsmiləşib. SİA-nın Almaniya klubunun rəsmi saytına istinadən yaydığı verdiyi məlumarta görə, 18 yaşlı müdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

“Ştutqart” bu transfer üçün qarşı tərəfə 11 milyon avro ödəyib.

Qeyd edək ki, O. Kabak bu mövsüm “sarı-qırmızılı” klubun heyətində 17 oyunda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə