Azad Rəhimov vətəndaşlarla görüşüb - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Abşeron rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayon sakinlərinin gənclər, idman və digər sahələri əhatə edən müraciətlərinə baxıb.

Gənclər sahəsi ilə bağlı müraciətlər sırasında Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay- qış istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti olub.

Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular idman sahəsi üzrə edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə