Nigeriyalı futbolçu "Neftçi"də baxışdadır - FOTO

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" baxışa yeni futbolçu dəvət edib. SİA-nın məlumatına görə, nigeriyalı futbolçu Jessi Sekidikanı paytaxt klubunun düşərgəsinə qoşulub.

22 yaşlı yarımmüdafiəçi bu gün Rumıniyanın "Qaz Metan" klubu ilə yoxlama görüşündə meydana çıxacaq. Onun performansı məşqçilər korpusunu qane etsə, müqavilə imzalanacaq.

Qeyd edək ki, Sekidika Portuqaliyanın "Oyeras" klubunun yetirməsidir. O, 2014/15 mövsümündə "Benfika"nın ikinci komandasına transfer olub. Sekidika 2016-cı ildə Serbiyanın "Napredak" klubuna transfer olaraq, peşəkar karyerasına başlayıb. 2018-ci ildə Türkiyə "Əskişəhərspor"una keçən yarımmüdafiəçi klubun transfer cəzasına görə meydana çıxa bilməyib və ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə