"Neftçi" 2019-cu ildə ilk oyununa çıxacaq

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" 2019-cu ildə ilk oyununa çıxacaq. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi bu gün "Qaz Metan"la yoxlama görüşü keçirəcək. Rumıniya təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" toplanış çərçivəsində "İstiqlal" (İran - 20 yanvar), "Slovan” (Çexiya - 23 yanvar) və "Beroe" (Bolqarıstan - 26 yanvar) klubları ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə